Naxçıvanda günəş və su elektrik stansiyalarının tikintisi davam etdirilir

image

Muxtar respublikada 2006-cı ildən ötən dövr ərzində  1 elektrik stansiyası yenidən qurulub, 9 elektrik stansiyası tikilib ki, bunun da 4-ü su elektrik stansiyası, 3-ü günəş elektrik stansiyası, 1-i isə külək-günəş hibrid elektrik stansiyasıdır.

"Berpaolunanenerji.az" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında Ordubad rayonunda 36 meqavat gücündə Ordubad və 15,6 meqavat gücündə Tivi Su Elektrik stansiyalarının, Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilib.

 Həmçinin Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının və Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq yarım­stansiyanın tikintisi, Naxçıvan, Şərur və Babək şəhərlərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması işləri davam etdirilib.

İstehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq istiqamətində təkcə 2014-2021-ci illər ərzində muxtar respublikada 540 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib, 973,4 kilometr uzunluğunda elektrik xətləri əsaslı təmir olunub. Bu dövr ərzində 254 yeni transformator quraşdırılıb, 1089 transformator isə əsaslı təmir olunub. İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində 5,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 2 transformator yarımstansiyası quraşdırılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, stansiyaların sayı 11-ə, ümumi güc isə 250,5 meqavata çatdırılıb.

Bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində son dövrlərdə muxtar respublikaya 2 dəst 200 kilovat gücündə “ISUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızdırıcısı, 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiyası qurğusu gətirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *