“Britaniya Azərbaycanda ən mühüm investordur”.
“Renewables.az” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti tviterdə yazıb.
Nazir qeyd edib ki, Böyük Britaniyanın təcrübəsi Azərbaycanda mühüm rol oynamağa davam edə bilər: "Avropanın Rusiyadan asılılığını azaltmaq üçün enerjinin şaxələndirilməsində də mühüm rol oynaya bilərik".
Leo Dokerti tviterdə həmçinin Azərbaycanın Böyük Britaniyanın mühüm enerji tərəfdaşı olduğunu bildirib.
Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir. Onun xarici işlər naziri Ceyhun Bayramovla görüşündə “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):