Nazir: "Azərbaycanın əsas məqsədlərindən biri “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir"

image

Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir.

"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib.

“Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq zəngin potensialını, həmçinin Avropaya elektrik enerjinin ixracının artırılmasını təmin edəcək iki yeni xəttin çəkilməsi ilə bağlı planları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür.

Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu istiqamətdə uzunmüddətli enerji əməkdaşlığımızda Almaniyadan olan şirkətlər mühüm tərəfdaşlarımız ola bilərlər”, - nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *