Nazir: “Dənizdə külək enerjisindən istehsal olunacaq elektrik enerjisi Avropaya ixrac ediləcək”

image

Energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edib.

Energetika Nazirliyindən "Berpaolunanenerji.az"a bildirilib ki, görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Azərbaycanda “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib. Ölkəmizdə bərpaolunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracının nəzərdə tutulduğu bildirilib.

Səfir ölkəsinin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *