Nazir müavini: "Azərbaycan qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edir"

image

2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji koridoru haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Naxçıvan Azərbaycanda ən yaxşı radiasiya qəbul edən bölgədir. Hazırda Naxçıvan ilə quru yolumuz yoxdur. Bu, Zəngəzur dəhlizi ilə təşkil olunacaq.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” adlı panel iclasında deyib.

O bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycan davamlı sülh naminə Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edib. Təəssüf ki, Ermənistan bu fürsətdən istifadə etmədi. Azərbaycan hökuməti yenidən qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təklifləri edir. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *