2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır.
Renewables.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu”da çıxış edərkən bildirib.
Çıxış zamanı bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verilib: “8 ay ərzində “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzaladıq. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır”.
Çıxışda həmçinin, Naxçıvanın zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevrilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışılıb. Ümumilikdə ölkə üzrə yaradılacaq yaşıl güclərin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi qeyd edilib.
Rəylər (0):