Nazir müavini: "Qarabağda inşa ediləcək GES 100 mindən çox ailəni elektrik enerjisi ilə təmin edəcək"

image

"Qarabağın cənubu, Cəbrayıl və Zəngilan rayonları Azərbaycanın Naxçıvandan sonra günəş radiasiyasının ən yüksək olduğu ikinci bölgədir."

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Sultanov deyib.

O, həmçinin əlavə edib: "Burada günəş elektrik stansiyasından ümumi istehsal 500 milyon kilovat/saat olaraq hesablanır. Bu da ən mühafizəkar hesablamalarla 100 mindən çox ailənin elektrik enerjisi ilə məişət səviyyəsində təmin olunması mənasına gəlir. Hər ailəni 4 və ya 5 nəfərdən hesablasaq, bu demək olar ki, Qarabağda qayıdacaq əhalinin çox ciddi bir hissəsinin elektrik enerjisi ilə təminatı mənasına gəlməkdədir."


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *