Nazir: "Xəzərin külək enerjisindən istifadə ilə bağlı tezliklə müqavilə imzalanacaq"

image

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirib.

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə baş tutan görüşdə Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparılıb. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına  Avropaya “yaşıl” enerjinin ixracının mümkünlüyündən bəhs edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki,  Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə "yaşıl" elektrik enerjisinin ixrac imkanlarını artıracaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *