Nazirlik: "Azad olunan ərazilərdə dağıdılmış elektrik stansiyalarına baxış keçirilib"

image

“İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədinin hazırlanması çərçivəsində 2021-ci il ərzində ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji üzrə potensialın araşdırılması, ərazilərin müəyyənləşdirilməsi, mövcud stansiyaların vəziyyətinin qiymətləndirilməsi məqsədilə əraziyə 8 ekspedisiya təşkil olunmuşdur.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Ekspedisiyalar zamanı Zəngilan və Cəbrayıl rayonunda mövcud günəş potensialını ölçmək məqsədi ilə günəş monitorinq stansiyası quraşdırılmış, Kəlbəcər və Laçın rayonlarında külək potensiallı ərazilərə və həmçinin dağıdılaraq yararsız hala salınmış 2 ədəd külək turbinlərinə baxış keçirilmiş, ərazinin relyefi, meteostansiyanın quraşdırılacağı yer, yol-infrastrukturu barədə məlumatlar toplanmış, ərazinin koordinatları təyin edilmişdir.

Laçın dəhlizində, Qubadlı rayonunda, Kəlbəcər rayonunda dağıdılmış və yaxud da natamam tikilmiş su elektrik stansiyalarına baxış keçirilmiş, SES-lərin hər birinin koordinatları götürülmüş, stansiyaların və suqəbuledicilərin texniki vəziyyətini əks etdirən şəkillər çəkilmiş və hesabatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *