Nazirlik rəsmisi: "Beş milli prioritetdən biri "yaşıl artım" ölkəsi olmaqdır"

image

Azərbaycanda irəli sürülən 5 milli prioritetdən biri "yaşıl artım" ölkəsinə çevrilməklə bağlıdır.

Renewables.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

O, qeyd edib ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın iqtisadi, sosial və ekoloji hədəfləri mövcuddur: "Orta müddətli dövrdə Azərbaycanda iqtisadi artımın 3-4 % ətrafında saxlanılması hədəflənir. Bu saxlanılma nəticəsində ekoloji sferada, xüsusilə yaşıl enerjiyə investisiyaların artırılması istiqamətində hədəflər müəyyənləşdirilib. 2026-cı ilə qədər ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının 17 %-dən 24 %-ə çatdırılması hədəf götürülüb. 2030-cu ildə bu hədəfin 30 %-ə çatdırılması sosial iqtisadi inkişaf strategiyasının başlıca prioritetlərindən biridir. Göründüyü kimi biz "yaşıl artım" və "yaşıl iqtisadiyyat" istiqamətində strateji sənəd və hədəflərimizi müəyyənləşdirmişik. Amma burda əsas məsələlərdən biri də məhz müəyyən edilmiş hədəflərin icrası prosesini sürətləndirməkdir. Düşünürəm ki, həm COP-29 prosesində, həm də "yaşıl artım" ili ilə bağlı fəaliyyət planının icrasında bu məsələlər xüsusi diqqət mərkəzində saxlanılacaq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *