“Oğuz” KSES silsiləsində indiyədək 26,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib

image

“Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları (KSES) silsiləsində indiyədək 26,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin 2 dekabr tarixində Oğuzda Daşağıl çayı üzərində ümumi gücü 3,6 MVt olan “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışı olub. "Oğuz-1" və "Oğuz-2" KSES-lər hər biri 0,447 MVt gücə malik üç, "Oğuz-3" isə iki hidroaqreqatdan ibarətdir.

Kiçik su elektrik stansiyaları ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edən yaşıl enerji mənbəyi hesab olunur və burada yaşıl enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *