Ötən ay hidroenerji istehsalı 92 faizdən çox artıb

image

2024-cü ilin yanvar ayında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 129,4 milyon kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,2 mln. kVt-saat və ya 92,6 faiz çoxdur. 

Ötən ay "Azərenerji" ASC üzrə SES-lərdə 124,6 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 3,65 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *