Ötən il “Azalternativenerji” MMC-nin obyektlərində 9,191 mln. kVt-saat elektrik enerjisi istehsal olunub

image

“Azalternativenerji” MMC-nin balansında olan günəş, külək və KSES-lərin təmiri ilə əlaqədar olaraq 2021-ci ilin əvvəlində müvafiq “Təmir Qrafiki” hazırlanmış və təsdiq edilmişdir.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Təsdiqlənmiş “Təmir Qrafiki”nə əsasən Qobustan Hibrid Elektrik Stansiyasında, Suraxanı GES-də, Samux Aqro-enerji və Yaşayış Kompleksində, Pirallahı GES-də, Sahil GES-də və sosial obyektlərdə quraşdırılmış istilik qurğularında istismar, təftiş, təmir-bərpa və profilaktika işləri həyata keçirilmişdir.

2021-ci il üzrə bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təmin olunması ilə bağlı Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-in stansiyaları tərəfindən elektrik enerjisi üzrə istehsal göstəriciləri aşağıdakı kimidir:

  • Qobustan Hibrid Elektrik Stansiyası 4,909 mln. kVt-saat;

  • Suraxanı GES 0,629 mln. kVt-saat;

  • Piralahı GES 0,469 mln. kVt-saat;

  • Sahil GES 1,474 mln. kVt-saat;

  • Samux GES 0,856 mln. kVt-saat;

  • Şəki KSES 0,247 mln. kVt-saat;

  • Masallı rayonu Boradigah kənd idman zalında quraşdırılmış günəş qurğusu 0,078 mln. kVt-saat;

  • Beyləqan rayonu Xocavənd rayon idman zalında quraşdırılmış günəş qurğusu 0,068 mln. kVt-saat;

  • Sabirabad Regional Asan xidmət mərkəzində quraşdırılmış günəş qurğusu 0,015 mln. kVt-saat;

  • Masallı rayonu Boradigah kənd idman kompleksi MMC 0,017 mln. kVt-saat;

  • Biləsuvar rayon məcburi köçkünlər üçün inşa edilmiş 6 məktəb və 6 uşaq bağçası kompleksi 0,344 mln. kVt-saat;

  • Bakı şəhəri üzrə sosial obyektlərdə quraşdırılmış günəş panelləri və istilik nasosları 0,085 mln. kVt-saat.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *