Ötən il Dövlət proqramlarının icrası üzrə görülmüş işlər

image

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Energetika Nazirliyinin icraçısı olduğu 6 tədbir üzrə 2020- ci il ərzində həyata keçirilən işlərə dair məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyinə təqdim edilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Dövlət Proqramının 7.1.85-ci yarımbəndinə əsasən kənd rayonlarında biokütlə üzrə enerji potensialının qiymətləndirilməsi, kənd təsərrüfatı tullantılarından bio yanacaqların və bioenerjinin istehsalı, alternativ və bərpa olunan enerji mənbələri hesabına aqrar sənaye müəssisələrinin enerji tələbatının ödənilməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsi tədbirinin icrası çərçivəsində Samux rayonu ərazisində bioenerji və biokütlə qurğusu istifadəyə verilib.

Dövlət Proqramının 7.1.86-cı yarımbəndinə əsasən suvarmada bərpa olunan enerji mənbələrindən istifadə olunması ilə bağlı pilot layihələrin hazırlanması və həyata keçirilməsi tədbirinin icrası üzrə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Stansiyasında və Samux Aqroenerji Kompleksində artezianlarla suvarmada bərpa olunan enerji mənbəyindən istifadə üzrə təcrübələr aparılıb, pilot layihələr həyata keçirilib. Bundan əlavə özəl şirkətlər tərəfindən (Provitaz MMC, Solaris MMC və s.) Aran rayonlarında su çıxmayan və elektrik şəbəkəsi olmayan ərazilərdə fermerlər üçün bir sıra suvarma və işıqlandırma sistemləri quraşdırılıb. İşğaldan azad edilmiş, lakin hələlik elektrik şəbəkəsi ilə təmin edilməmiş ərazilərdə, məsələn, Ağdam rayonunda, artezian və damcılama suvarma sisteminin enerji tələbatı günəş panelləri hesabına təmin edilib.

Dövlət Proqramının 7.1.87-ci yarımbəndinə əsasən istixanaların istilik təchizatında bio yanacaqların və günəş kollektorlarının tətbiqinin dəstəklənməsi tədbirinin icrası ilə bağlı Samux rayonunda istixana daxilində istiliyə dair hesablamalar aparılıb. İstixanaların qızdırılmasında günəş kollektorlarından, geotermal enerjidən (mövcud olduğu ərazidə), istilik nasoslarından, pellet və briketlərdən istifadə potensialı araşdırılıb.

Dövlət Proqramının 7.1.88-ci yarımbəndinə əsasən aqrokomplekslərin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi və orada yaranan tullantılardan istifadə olunmaqla bioenerji istehsalının təşviqi tədbirinin icrası ilə əlaqədar Samux aqrokomplekslərin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi və orada yaranan tullantılardan istifadə olunmaqla bioenerji istehsalı ilə əlaqədar Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq aqrokomplekslərdə təşviqat işləri aparılır.

Eyni zamanda, sözügedən yaşayış məntəqələrinin LPG, elektrik enerjisi, bioqaz, odun və s. ilə təmin olunması perspektivlərinin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ARDNŞ-in, “Azərişıq” ASC-nin və “Məişət Maye Qaz” QSC-nin, eləcə də Energetika Nazirliyinin aidiyyəti nümayəndələrinin iştirakı ilə iclaslar keçirilib.

Həmçinin texniki-iqtisadi cəhətdən səmərəli olmayan 261 yaşayış məntəqəsinin bitki və heyvan mənşəli biokütlə ilə təmin olunması imkanları barədə məlumatlar müvafiq yerli icra hakimiyyəti orqanlarından əldə olunub.

Bununla yanaşı, fındıq qabığından istehsal edilmiş biokütlə və kömürün qazlaşdırılması səmərəli olmayan dağ kəndlərində yerləşən təsərrüfatların mərkəzləşdirilmiş isitmə sistemində qaz əvəzi olaraq istifadə olunması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib. Həmçinin, qeyd olunan üsulun tətbiqi ilə istilik təchizatının və enerjiyə olan məişət tələbatının təmin olunması, eləcə də iqlim dəyişmələrinə səbəb olan istilik effekti yaradan qazların emissiyasının azaldılmasına nail olunmasının mümkünlüyü bildirilib.

Qeyd olunanları nəzərə alaraq, Gədəbəy rayonunun Heriknaz və Musayal kəndlərində elektrik enerjisindən, Zaqatala rayonunun Cimcimax və Ələsgər kəndlərində odundan, Quba rayonunun Söhüb və Rük kəndlərində biobriketdən istifadə etməklə pilot layihələrin həyata keçirilməsi üçün zəruri vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınması üçün müvafiq təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *