Bu ilin birinci yarısında su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 mln. kVt-saat artımla 1 162,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):