Bu ilin 11 ayında Azərbaycanda su da daxil olmaqla bərpa olunan enerji istehsalı artıb.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter səhifəsində yazıb.
Nazirin sözlərinə görə, yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 354,9 milyon kVt-saat artımla 1 milyard 855,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):