“Azərbaycanın "yaşıl" enerji siyasəti ilə bağlı aydın baxışı, məqsədi və vəzifələri var”.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji keçidi ilə bağlı çağırışları və məqsədləri dəstəkləyir:
“Biz "yaşıl" enerji texnologiyalarını, hidrogenlə əlaqəli fəaliyyətləri və müxtəlif enerji növləri arasında bərpaolunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyirik. Bu sahələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in mühüm tərkib hissələridir.
Azərbaycan bu yaxınlarda Paris Sazişi çərçivəsində başa çatmış COP26 konfransında bu məqsədlərə sadiqliyini bir daha bəyan etdi. Eyni zamanda, ölkəmiz bütün yumşaldıcı təsirləri ilə birlikdə təbii qaz ölkəsinə çevrilməyi nəzərdə tutan siyasətləri çoxdan həyata keçirir".
Rəylər (0):