Bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 357,9 mln kVt-saat artıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
Cari ilin yanvar-oktyabr aylarında bərpa olunan enerji istehsalı 1 755,2 mln kVt-saat təşkil edib ki, bu da ümumi istehsalın 7 %-i deməkdir. Hesabat dövründə su enerjisi 1 463,4 mln kVt-saat, külək enerjisi 73,4 mln kVt-saat, günəş enerjisi 55 mln kVt-saat, bioenerji istehsalı isə 163,4 mln kVt-saat olub.
Rəylər (0):