Pərviz Şahbazov Naxçıvanda "AE SOLAR" şirkətinin Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb

image

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Naxçıvana səfər edib.

Renewables.az NUHÇIXAN-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və nazirliyin nümayəndə heyəti Naxçıvana səfər ediblər. 

Səfər çərçivəsində energetika naziri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. 

Həmçinin energetika naziri "AE SOLAR" şirkətinin Azərbaycan üzrə nümayəndəsi, "AE SOLAR AZERBAIJAN" MMC-nin direktoru Əlövsət Hüseynquluyevi də qəbul edib. Görüş zamanı yaşıl enerjinin əhəmiyyətindən, Naxçıvandakı mövcud perspektivlərdən danışılıb.

Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *