Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi"ndə iştirak edəcək

image

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, nazir cari ilin 11-13 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində energetika nazirinin “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *