Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə “OPEC plus” və ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Qlobal neft bazarının cari vəziyyəti, tənzimləmə prosesi çərçivəsində hasilatın könüllü azaldılması ilə bağlı həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Gələcəkdə enerji bazarlarında qeyri-sabitlik və enerji çatışmazlığı probleminin yaranmaması üçün dialoqa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Rəylər (0):