Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində noyabrın 30-da Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşüb.
Renewables.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığının yeni sahəsi kimi enerji keçidi və bərpa olunan enerji sahələri, nəqliyyat-kommunikasiya, turizm və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Portuqaliya şirkətlərini Azərbaycanda bərpaolunan enerji layihələrində iştirak etməyə dəvət edib.
Rəylər (0):