Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen ötən ilin dekabrında Buxarestdə imzalanma mərasiminin şahidi oldu. Bir sözlə, onun iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə iştirak edəcəyindən xəbər verir. Bu, ola bilsin, gələn onilliklərin layihəsidir, çünki istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.
"700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq", - Prezident deyib.
Rəylər (0):