Prezident Alman şirkətinin Azərbaycanda günəş panellərinin istehsal imkanları ilə təklifini müsbət qarşılayıb

image

Sizin şirkətlə və yaxud istənilən digər şirkətlə işləməyə şad olardıq. Çünki dediyim kimi böyük proses olacaq, böyük inkişaf olacaq.

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

İlham Əliyev deyib: "Bizim günəş elektrik stansiyalarında istifadə olunacaq günəş panellərinin əksəriyyəti Çində istehsal edilən panellərdir. Onlar yaxşı keyfiyyətə malikdir və əlçatan qiymətə satılır. Bildiyimə görə Avropa istehsalı, yumşaq desək, bir az bahadır. Lakin işçi qüvvəsinin qiymətini, enerji qiymətini və yerli tələbatı nəzərə alaraq Azərbaycanda birgə istehsalat təşkil etsək hesab edirəm ki, bu, rəqabətli ola bilər. Bəlkə bizim görüşümüzdən sonra bu məsələ ilə bağlı təfərrüatlı fikir mübadiləsi apara bilərsiniz. Biz belə bir istehsalatı təşkil etməyə çox şad olardıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *