Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur.
Renewables.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda deyilir.
“Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-nin hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk”, - Prezident İlham Əliyevin məktubunda qeyd edilib.
Rəylər (0):