Prezident: "Litva ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər var"

image

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın dövlət başçısı Gitanas Nausedaya təbrik məktubu göndərib.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, təbrik məktubunda dövlət başçısı litvalı həmkarını Litva Respublikasının milli bayramı münasibətilə təbrik edib.

Prezident İlham Əliyev həmçinin məktubda bildirib: "Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *