Prezident: "Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır"

image

BP ilə birgə icra etdiyiniz Səngəçal Terminalına elektrik enerjisinin verilməsinə gəldikdə, sizə deyə bilərəm ki, bu layihənin özü də bərpa olunan enerji siyasətimizdən qaynaqlanır.

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

"Biz BP ilə razılaşdıq ki, o, Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik", - dövlət başçısı bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *