Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir

image

Ölkənin enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.

Renewables.az-ın məlumatına görə, bu barədə Laçında kiçik su elektrik stansiyalarının açılışlarında “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verərkən bildirib.

Bildirilib ki, perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq yaşıl enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq yaşıl enerji ilə təmin ediləcəyi deməkdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *