Qaribaşvili: "Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur"

image

Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik", - Qaribaşvili bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *