Quba rayonunun Söhüb və Rük kəndlərində biobriketdən istifadə etməklə pilot layihələrin həyata keçirilməsi üçün zəruri vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınması üçün müvafiq təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilib.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Bununla yanaşı, fındıq qabığından istehsal edilmiş biokütlə və kömürün qazlaşdırılması səmərəli olmayan dağ kəndlərində yerləşən təsərrüfatların mərkəzləşdirilmiş isitmə sistemində qaz əvəzi olaraq istifadə olunması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib. Həmçinin, qeyd olunan üsulun tətbiqi ilə istilik təchizatının və enerjiyə olan məişət tələbatının təmin olunması, eləcə də iqlim dəyişmələrinə səbəb olan istilik effekti yaradan qazların emissiyasının azaldılmasına nail olunmasının mümkünlüyü bildirilib.
Rəylər (0):