20 dekabr 2012-ci il tarixdə “Qusar-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, hər biri 0,32 MVt olan 3 ədəd hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli KSES-in ümumi qoyuluş gücü 0,96 MVt-dır.
Stansiyada 2021-ci ildə 0,26 mln. kVt-saat, 2022-ci ildə 0,27 mln. kVt-saat, 2023-cü ilin 11 ayında isə 0,22 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
İstismara verildiyi gündən cari ilin 1 dekabr tarixinədək stansiyada 3,1 mln. kVt-saat yaşıl elektrik enerjisi istehsal olunub.
Xatırladaq ki, istismara verildiyi gündən 2022-ci ilin 1 dekabr tarixinədək stansiyada 2,9 mln kVt-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı müəssisələri hesab olunur. Burada yanma prosesi getmədiyindən ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
Rəylər (0):