Renewables.az-ın fəaliyyətə başlamasından 2 il ötür

image

Renewables.az xəbər portalının fəaliyyətə başlamasından 2 il ötür.

Portal xəbərlərin etibarlı bir mənbədən əldə olunmasını təmin etmək və məlumat azlığını qismən də olsa aradan qaldırmaq məqsədilə yaradılıb.

Bərpa olunan enerji sahəsi üzrə ilk ixtisaslaşmış informasiya portalında Azərbaycanda və dünyada baş verən ən vacib xəbərlər dərc olunur.

"Berpaolunanenerji.az" adı ilə fəaliyyətə başlayan portal 2 aprel 2021-ci ildə “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə ilk xəbərini dərc edib. Sayt 2022-ci ilin dekabrından "Renewables.az" adı ilə fəaliyyətini davam etdirir.

Dərc olunan xəbərlər birbaşa rəsmi mənbələrə, xarici və yerli informasiya agentliklərinə istinad edilərək yayımlanır. Saytda həmçinin yerli və beynəlxalq təşkilatların hesabatları, statistikalar, müsahibələr, məqalələr və elanlar dərc olunur. Mənbələr kateqoriyasında isə bərpa olunan enerji mənbələri üzrə xəbər və məlumatlar yayımlanır.

Renewables.az 2 il ərzində 10-dan çox yerli və xarici tədbirlərin tərəfdaşı olaraq informasiya dəstəyi göstərib.

Fəaliyyətə başladığı dövrdən indiyədək saytda 2 100-dən çox xəbər dərc olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *