Respublikada su elektrik stansiyalarının istehsalı artıb

image

Bu ilin 7 ayında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 1 mlrd. 867,3 mln. kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 759,9 mln. kVt-saat və ya 68,6 faiz çoxdur. 

Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 1 mlrd. 732,4 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 124,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *