Rövşən Nəcəf: “Bərpa olunan enerji resurslarının tətbiqi regionun enerji təhlükəsizliyini gücləndirəcək”

image

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının tətbiqi ilə regionda kiçik və orta biznes subyektlərinin inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyərli töhfə veriləcək.

“Berpaolunanenerji.az”ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bunu bu gün SOCAR prezidenti Rövşən Nəcəf “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı bildirib.

R. Nəcəf müsabiqənin qaliblərini təbrik edərək hakatonun mövzusunun ölkəmizin strateji hədəfləri istiqamətində müəyyənləşdirildiyini, bu xüsusda Azərbaycanda yeni və innovativ ideyaların formalaşmasına, bərpa olunan enerji mənbələrinin inkişafına, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəstək olmaq məqsədi daşıdığını bildirib. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsinin dövlət başçısının müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu vurğulayan SOCAR prezidenti, SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edən R. Nəcəf, alternativ enerji mənbələri, data analitika, süni zəka əsaslı qərarvermə, əşyaların interneti kimi sahələrdə gənclərin uğurlu çıxışından məmnunluğunu ifadə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *