Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (IsDB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
"Renewables.az" xəbər verir ki, bu barədə SOCAR rəhbəri tviter hesabında bildirib.
"Görüşdə SOCAR-ın investisiya layihələri haqqında danışdıq, neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - R.Nəcəfin tvitində qeyd olunub.
Rəylər (0):