"Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi hər il artır. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, bu ilin 11 ayında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7% artıb".
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda deyib.
"Hazırda Azərbaycan Türkiyənin 2-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artmasının əsas səbəblərindən biri kimi Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki fəaliyyətini göstərmək olar. SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim” istehsalatda IV Sənaye İnqilabının standartlarını tətbiq edən ilk şirkət olub”, - deyə o qeyd edib.
Bundan başqa, R.Nəcəf bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "Yaşıl enerji" layihələri həyata keçirilir və türk şirkətlərinin bu layihələrdə iştirakı çox önəmlidir: "İqtisadiyyat Nazirliyi olaraq bu sahədə əməkdaşlığın perspektivlərinə inanırıq və şirkətlərə dəstək olmağa hazırıq”.
Rəylər (0):