Xəzər dənizi ilə Qara dəniz arasında yaşıl dəhliz qura, bərpa olunan enerjini Avropaya çatdıra bilərik.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil Popesko Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
O əlavə edib ki, ölkəsi təkcə qaz tədarükü sahəsində deyil, həm də bərpa olunan enerji məsələsində Azərbaycan ilə layihələr icra etməyə çalışır.
“Bərpa olunan enerji sahəsində Rumıniya və Gürcüstan arasında Qara dəniz vasitəsilə “yaşıl dəhliz”, Xəzər və Qara dənizlər arasında “yaşıl körpü” də bura daxildir. Elektrik enerjisi və təbii qazla bağlı çoxsaylı layihələr var”, - rumıniyalı nazir nəzərə çatdırıb.
Rəylər (0):