Samuxda bioenerji və biokütlə qurğusu istifadəyə verilib

image

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən kənd rayonlarında biokütlə üzrə enerji potensialının qiymətləndirilməsi, kənd təsərrüfatı tullantılarından bio yanacaqların və bioenerjinin istehsalı, alternativ və bərpa olunan enerji mənbələri hesabına aqrar sənaye müəssisələrinin enerji tələbatının ödənilməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsi tədbirinin icrası çərçivəsində Samux rayonu ərazisində bioenerji və biokütlə qurğusu istifadəyə verilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *