Səfir: "Almaniya Azərbaycanla bərpaolunan enerji sahəsində sıx əməkdaşlıq edir"

image

"Enerji daşıyıcılarına tələbatın artması fonunda Azərbaycan Almaniyanın enerji təchizatının şaxələndirilməsi səylərində mühüm rol oynamağa davam edir. Azərbaycanın “yaşıl energetika” və hidrogen əsaslı energetika sahəsindəki strategiyası texnologiyalar təklif edən Almaniya şirkətləri üçün cəlbedici olacaq".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Report"a müsahibəsində deyib.

Səfir bildirib: "Azərbaycanın energetika nazirinin müntəzəm olaraq federal xarici işlər və iqtisadiyyat və energetika nazirlərindən Enerji Keçidinə dair Berlin Dialoqunda iştirak etmək dəvətlərini qəbul etməsindən çox məmnunam. 

Bundan əlavə, Almaniyanın Bərpaolunan Enerji Agentliyi (DENA) və Azərbaycan Respublikasının Energetika Nazirliyi bərpaolunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində sıx əməkdaşlıq edir. Beləliklə, Almaniya Azərbaycanın qeyri-neft sektorunu gücləndirmək və ölkəni postneft dövrünə uyğunlaşdırmaq siyasətini birbaşa dəstəkləyir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *