Səfir: “Azərbaycan və Yaponiya yaşıl enerji ilə bağlı layihələr üzərində fəal işləyir”

image

“Azərbaycan və Yaponiya “yaşıl enerji” sahəsində bir sıra birgə layihələr üzərində fəal işləyir”.

Renewables.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Yaponiya mədəniyyətinə həsr olunmuş tədbirdə deyib.

“Artıq 30 ildir ki, Azərbaycan ilə Yaponiya arasında həm siyasi, həm də iqtisadi sahədə çox yaxşı diplomatik münasibətlər qurulub. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə, Naxçıvanda da Yaponiya şirkətlərinin müxtəlif layihələrdə iştirakını gözləyirik”, - o qeyd edib.

Onun sözlərinə görə, son vaxtlara qədər iki ölkə arasında əlaqələr əsasən neft-qaz sektorunda inkişaf edirdisə, hazırda “yaşıl enerji”, kənd təsərrüfatı, logistika və s. sahələrə daha çox diqqət yetirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *