Səfir: "Böyük Britaniya Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafına hərtərəfli dəstək göstərir"

image

Böyük Britaniya Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına hərtərəfli dəstək göstərir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Trend-in müxbirinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Böyük Britaniya parnik qazları tullantılarının azaldılması səylərinin davam etdirilməsi ilə bağlı Azərbaycan hökuməti, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə daim danışıqlar aparır.

"Biz, həmçinin ümid edirik ki, bp, Energetika və İqtisadiyyat nazirliklərinin azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının tikintisi üzrə birgə layihəsi tezliklə reallaşdırılacaq", - deyə səfir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *