Səudiyyə Ərəbistanı bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

image

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

“Berpaolunanenerji.az” xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin arasında görüş olub.

Azərbaycanla Səudiyyə Ərəbistanı investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı üçün bundan sonra da zəruri tədbirlərin görülməsinin vacibliyini vurğuluyan nazir bu xüsusda ötən il Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA POWER” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələrinin imzalandığını qeyd edib, bu kimi təmasların davam etdirilməsində və daha çox Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana investisiya cəlb etməsində, xüsusilə də investisiya və ticarət əməkdaşlığında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılmasında maraqlı olduğumuzu vurğulayıb.

S.Şərifov Səudiyyə Ərəbistanın Azərbaycanda bir neçə şirkətinin, o cümlədən uğurla fəaliyyət göstərdiyini, bu baxımdan ACWA Power şirkətinin digər şirkətlərə nümunə kimi göstərib.

Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, alternativ və bərpaolunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. 

Günün ikinci yarısında Müştərək Komissiya öz işini biznes forum çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *