Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan və Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinə investisiyalar qoyur və bu proses gələcəkdə də davam edəcək.
Renewables.az “Arabnews” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Fəlih söyləyib.
Nazir qeyd edib ki, Krallıq 14 əsr müddətində dini dəyərlərlə bir-birinə bağlı olan müsəlman ölkələri ilə iqtisadiyyat, o cümlədən neft-qaz və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Nazir vurğulayıb ki, “ACWA Power” şirkəti Azərbaycan və Qazaxıstanda iri infrastruktur layihələrinə də sərmayə qoyub.
Rəylər (0):