İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşdə ölkəmizdə bərpa olunan enerji istiqamətində görülən işlər, bu sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verilib. Sultan Əbdülrəhman Əl-Mərşad rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.
Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Rəylər (0):