Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür

image

Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür.

Renewables.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Sloveniyanın İnfrastruktur Nazirliyinin Energetika Departamentinin direktoru Hinko Solink deyib.

"Biz Sloveniyada hazırda xüsusən daha çox potensial gördüyümüz günəş enerjisi istehsalının təşviqinə fokuslanmışıq. Lakin həmçinin külək, hidro, geotermal enerji və biokütlənin istifadə olunduğu layihələri, o cümlədən alternativ enerji mənbələrindən hidrogen istehsalını və bioqazın istehsal edilməsini də nəzərdən keçiririk", - o deyib.

Solink qeyd edib ki, Sloveniya Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *