SOCAR ilə “Uniper” bərpaolunan enerji ilə bağlı fikir mübadiləsi aparıb

image

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

“Berpaolunanenerji.az”ın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *