Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (IsDB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
"Renewables.az" SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə IsDB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, IsDB tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib, bərpaolunan enerji mənbələrinin inkişafının prioritet istiqamət olaraq müəyyənləşdirildiyi qeyd olunub. Bu xüsusda, SOCAR ilə IsDB arasında bərpaolunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):