Su hövzələri üzərində iri həcmli yaşıl enerji layihələrinin həyata keçirilməsi imkanları araşdırılır

image

“Böyükşor” gölündə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt (95 kVt suda, 5 kVt quruda) gücündə üzən günəş elektrik stansiyasının inşası yekunlaşır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

Nazir bildirib ki, həmçinin “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiyanın quraşdırılması, gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi imkanları araşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *