Tbilisidə keçirilən konfransda Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlərdən danışılıb
Tbilisidə Bərpaolunan enerji üzrə Regional İnvestisiya Konfransı oktyabrın 27-də işini davam etdirib.
"Berpaolunanenerji.az" AZƏRTAC-a istinadən xəbər verir ki, əsasən, potensial bərpa olunan enerji layihələrinin maliyyələşdirlməsi və iştirakçı ölkələrin bu sahədəki təcrübələri ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, bərpaolunan enerji mənbələrinin strukturu, bərpaolunan enerji sahəsində əldə olunan nailiyyətlər, yaşıl enerjinin əhəmiyyəti, faydaları diqqət mərkəzində olub.
Azərbaycan nümayəndə heyətinin üzvü Rəna Hümbətova panel iclasda çıxış edərək ölkəmizdə energetika sektorunda, xüsusən də, bərpaolunan enerji potensialı üzrə həyata keçirilən layihələr, bu sahələrə yatırılan sərmayələr barədə ətraflı məlumat verib.
Qeyd edək ki, "EU4Energy" proqramının ikinci mərhələsi çərçivəsində Gürcüstan Enerji Tənzimləyiciləri Regional Assosiasiyası ilə Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkil olunan Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Ermənistandan, Avropa və Mərkəzi Asiya ölkələrindən nümayəndələr və ekspertlər iştirak ediblər.
Konfransda çıxış edənlər regionda və dünyada mövcud olan enerji problemləri, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşu, bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıblar.
Rəylər (0):