Türkiyə Azərbaycanın “yaşıl enerji” sahəsində layihələrini dəstəkləyir

image

“Biz Azərbaycanın “yaşıl enerji” layihələrini də dəstəkləyirik”.

“Berpaolunanenerji.az”ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, əgər yaxın vaxtlara qədər Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı karbohidrogenləri əhatə edirdisə, indi alternativ enerji mənbələri sahəsində də əməkdaşlıq artıb.

“Biz Qarabağ Zəfərindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanmış “yaşıl enerji” layihələrini də dəstəkləyirik. Digər tərəfdən, ölkəmiz enerji sahəsində əldə etdiyi bilik və təcrübəni Azərbaycanın müvafiq qurumları ilə bölüşür və enerji sahəsində ixtisaslı kadrların yetişməsinə öz töhfəsini verir”, - o vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *